Keçid linkləri

2017, 26 İyul, çərşənbə, Bakı vaxtı 08:57

İraqda milyonlar tibbi yardımsız qalıb


İraqda suriyalı qaçqınlar

-

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, İraqda maliyyə çatışmazlığı ucbatından səhiyyə proqramlarında ciddi ixtisarlar aparılıb. Beləliklə insanlar yayın qızmarında xəstəliklərlə baş-başa qalıb.

Ölkənin donorlar tərəfindən maliyyələşən səhiyyə proqramlarının 84 faizi ötən ay bağlanıb. Bu, o deməkdir ki, təxminın 3 milyon nəfərin təcili xidmətlərə çıxışı olmayacaq.

Bu arada İraqda havanın temperaturu 50 dərəcə civarındadır. Bir milyon iraqlı uşaq isə qaçqın düşərgələrində yaşayır.

World Vision təmsilçisi Cecil Laguardia deyb ki, insanların çoxu dehidrasiya, diarreya və günvurmadan əziyyət çəkir.

Səhiyyə obyektlərinin bağlanmaması üçün 60.9 milyon dollar gərəkir. BMT bu vəsaitin yalnız 8 faizini yığa bilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG