Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:49

Britaniyada islamçıya İD ittihamı


Britaniyanın ən tanınmış müsəlman vaizi Anjem Choudary İslam Dövləti adlanan təşkilatı dəstəkləmək ittihamı ilə London məhkəməsi qarşısına çıxarılıb.

Britaniyanın ən tanınmış müsəlman vaizi Anjem Choudary İslam Dövləti adlanan təşkilatı dəstəkləmək ittihamı ilə London məhkəməsi qarşısına çıxarılıb.

48 yaşlı Choudary, yaxın tərəfdarı Mohammed Mizanur Rahmanla birlikdə İD-i dəstəkləyən moizələrinə və internetdə dərc olunmuş yazılarına görə ittiham edilirlər.

Məhkəməyə uzun ağ əbada gələn Choudary bura toplaşmış azsaylı tərəfdarlarına deyib ki, ona qarşı ittiham baş nazir David Cameronun və polisin “siyasi manevri”dir.

O məhkəməyə müraciətlə deyib ki, özü və Rahman təqsirsiz, polis və Cameron isə təqsirlidirlər.

Müttəhimlərin hər ikisi avqustun 28-dən təcridxanada saxlanacaq.

Qadağan olunmuş əl-Mühacirun təşkilatının başçısı Choudary ötən ilin sentyabrında antiterror polisi tərəfindən İslam Dövləti adlı təşkilatın üzvü olmaqda şübhəli kimi həbs edilmişdi.

Choudry məhkəməyə bildirib ki, onun mühakiməsi müsəlman icmasını susdurmaq məqsədi güdür.

Prokuror David Cawthorne deyib ki, təqsirləri isbat olunarsa, bu iki nəfəri 10 ilədək həbsxana cəzası gözləyir.

XS
SM
MD
LG