Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:10

Vergi məmurlarının yerlərini dəyişdilər


Arxiv fotosu: Vergilər naziri Fazil Məmmədov vətəndaşları qəbul edir
Arxiv fotosu: Vergilər naziri Fazil Məmmədov vətəndaşları qəbul edir

Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamenti, 3, 4, 5 və 9 saylı Ərazi Vergilər İdarələrinin rəhbərlərinin rotasiya qaydasında dəyişdirilməsi, Bakı Vergilər Departamentinin bəzi rəhbər vəzifəli şəxsləri və 6 saylı Ərazi Vergilər İdarəsinin rəisinin tutduqları vəzifələrdən azad edilərək sərəncama göndərilməsi haqda məlimat yayıb.

Qəribəsi budur ki, kadrların yerlərinin dəyişdirilməsi və işdən kənarlaşdırılması “nazirliyin struktur bölmələrinin fəaliyyətinin və vergi nəzarətinin təkmilləşdirilməsi”, mövcud kadr potensialının imkanlarından daha səmərəli istifadə olunmasına cəhd kimi təqdim olunur.

“İqtisadi Təşəbbüslərə Yadım” İctimai Birliyinin sədri Azər Mehtiyev AzadlıqRadiosuna deyib ki, Vergilər Nazirliyində struktur dəyişikliklərinin aparılması üçün əvvəlcə onun məqsəd və hədəfləri, o cümlədən islahatın mahiyyəti elan edilməli, daha sonra isə “öz yerində olmayan” rəhbər kadrların məsələsinə baxılmalıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarımilliyinin yekunları və qarşıda duran vəzifələrə dair müşavirədə sahibkarların qarşılaşdıqları çətinliklər, vergi orqanlarının qanunsuz tələbləri haqda sərt fikirlər səsləndirilmiş, nöqsanların aradan qaldırılması tələb olunmuşdu.

Müşavirədən sonar Vergilər Nazirliyinin qarşısında duran vəzifələrin icrası ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Vergilər nazirinin müavinlərinin iştirakı ilə Ərazi Vergilər Departamentləri və İdarələrində, eləcə də Bakı şəhərində yerləşən struktur bölmələrindəki keçirilən görüşlərdə sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin yolverilməzliyi, vətəndaşların müraciətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq hərtərəfli araşdırılmasının zəruriliyi haqda danışılıb.

Qeydedək ki, vergilər naziri Fazil Məmmədov bu vəzifədə nazirlik yaradılandan - 2001-ci ildən çalışır.

XS
SM
MD
LG