-
Əfqanıstanda son 24 saat ərzində 88 “silahlı üsyançı” öldürülüb. Bu barədə ölkənin daxili işlər nazirliyi avqustun 5-də bəyanat yayıb.
Nazirlik bildirir ki, Əfqan Milli Ordusu və Əfqan Təhlükəsizlik Müdürlüyü birgə ölkənin 4 bir qütbündə antiterror əməliyyatları keçiriblər.
Nangarhar vilayətinin polis sözçüsü deyir ki, avqustun 4-dəki hava zərbələri ilə 60 yaraqlı öldürülüb.
O bildirib ki, öldürülənlər Taliban üzvləri və İslam Dövləti terror qruplaşmasına sədaqət andı içənlərdir