Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:13

Magistraturaya qəbul nəticələri açıqlandı


imtahan
imtahan

-

Ali təhsil müəssisələrinin magistratura pilləsinin boş qalan plan yerləri üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Nəticələr TQDK-nın internet saytında yerləşdirilib. Magistraturanın boş qalan 2099 plan yeri üçün 1013 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 588 nəfər magistratura səviyyəsinə qəbul olub.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 2015-ci il avqustun 14-dən 21-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

XS
SM
MD
LG