Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 21:32

Fanatlardan "Qarabağ"a paxlava


lk oyunda «Qarabağ» 0:1 hesabı ilə məğlub olub.
lk oyunda «Qarabağ» 0:1 hesabı ilə məğlub olub.

-

Bu axşam «Qarabağ» komandası təkcə «Celtic»ə qarşı yox, həm də ot örtüyünə qarşı mübarizə aparacaq. Son günlər futbol azarkeşləri arasında ən çox bu fikir səslənir.

«Qarabağ» UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın «Celtic» komandasını ot örtüyü yaxşı olmayan stadionda qəbul edəcək.

PAXLAVAYLA DƏSTƏK

«Qarabağ» son məşqini Suraxanıdakı bazasında keçib. Məşqdən əvvəl fanatlar komandaya dəstəklərini göstərmək üçün futbolçulara paxlava da paylayıblar.

Azarkeşlərdən Emil Məmmədli deyir ki, indiki vaxtda sevimli komandalarına əllərindən gələn dəstəyi göstərməyə hazırdırlar. Paxlava da bu dəstəyin cüzi hissəsidir:

«Adam istəyir belə vaxtda komandası üçün hər şey etsin. Kimin gücü nəyə çatırsa, onu edir»...

HƏR İKİ KOMANDA ÜÇÜN EYNİ ŞƏRAİT OLACAQ

Azarkeş dəstəyini «Qarabağ» ev oyunlarında həmişə görüb. Bu dəfə dəstəyin birə beş artmasının ən böyük səbəblərindən biri komandanın oyunu yarıtmaz ot örtüklü stadionda keçirməsi olacaq. «Celtic» narazı olsa da, avqustun 4-dəki məşqini Tofiq Bəhramov adına Respublika Stadionunda keçirib. «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov isə stadionun durumu ilə bağlı deyir ki, xeyirlisi nədirsə, elə olsun:

«Bu haqda düşünmürük, xeyirlisi belədir. Hər iki komanda üçün eyni şərait olacaq».

Baş məşqçi güclü bir komandaya qarşı vacib oyuna çıxacaqlarını, azarkeşlərdən dəstəklərini əsirgəməməyi istəyir:

Qurban Qurbanov
Qurban Qurbanov

««Celtic» xüsusən də cinah keçidləri ilə seçilən komandadır. Bizim üçün nə dərəcədə əhəmiyyətli oyun olduğunu bilirik. Düzdür, bir top geridən başlayacağıq. Amma bu vəziyyəti dəyişmək olar. Azarkeşlərdən xahiş edirəm ki, bizi sona qədər dəstəkləsinlər. Biz də nə qədər bacarığımız varsa, çalışacağıq meydançada göstərək».

Baş məşqçi ot örtüyü ilə bağlı deyir ki, bu barədə çox danışmağa ehtiyac yoxdur. Qazonun oyuna mənfi təsiri, buna görə komandanın taktiki dəyişiklik edib-etməyəcəyi haqda isə deyir ki, «onsuz da başqa çıxış yolumuz yoxdur. Ancaq ola bilsin hücumlarda hansısa dəyişiklik olsun. Amma yenə də çalışacağıq ən yaxşı oyunumuzu göstərək».

«Celtic»in baş məşqçisi Ronny Delia isə hər şeyin yaxşı olacağına inandığını bildirib. Baş məşqçi deyib ki,qazon qənaətbəxş olmasa da, qışda Şotlandiyada bu tipli qazonlarda oynayıblar: «Ancaq meydanın belə vəziyyətdə olması oyuna mənfi təsir göstərə bilər».

STADİON AVROPA OYUNLARINA HAZIRLIĞA QURBAN GEDİB

Bəs, stadion niyə bu günə düşüb? Əslində T.Bəhramov adına Respublika Stadionunun əvvəllər də ot örtüyü sarıdan bəxti gətirməyib. 2013-cü ilin avqustunda da ot örtüyü saralmışdı. Onda da Bakıda qonaq olan «Eintracht» əvvəlcə məşqə çıxmaq istəməmişdi. Ya da keçən ilin avqustunda elə «Qarabağ»ın «Twente» oyununda da ot örtüyü yarıtmaz idi. Onda stadionun direktoru Akif İsmayılov deyirdi ki, ot örtüyünə Bolqarıstandan olan mütəxəssis nəzarət edə bilmir.

T.Bəhramov adına Respublika Stadionu
T.Bəhramov adına Respublika Stadionu

Keçən ilin sentyabrında isə stadionda ot örtüyü tamamilə dəyişildi. Nəhayət, bu il Avropa Oyunlarının kamandan oxatma yarışları bu stadionda keçirildiyindən futbol üçün olan stadion kamandan oxatma oyunlarına uyğunlaşdırıldı.

Elə «Futbol+» qəzetinin redaktoru Mahir Rüstəmli də deyir ki, əsas səbəblərdən biri bu, digəri isə havaların isti keçməyidir:

«Həmin yarışlara hazırlıq dövründə stadion Avropa Oyunları Təşkilat Komitəsinin ixtiyarına verilmişdi. Həmin müddətdə ölkə çempionatında futbol mövsümü bitmişdi. Qazonla bağlı müəyyən aqrotexniki qulluq tədbirləri keçirmək lazım idi. Təəssüf ki, onlar vaxtında görülmədi. Stadion Avropa Oyunlarına hazırlığa qurban gedib. İkinci əsas səbəbi isə bu yay Bakıda havaların hədsiz isti keçməsi, bunun da ot kökünü sıradan çıxarması, qazonun 25-30 faizinin yıpranmasına səbəb olmasıdır».

T.Bəhramov adına Respublika Stadionundan bildirdilər ki, onlarlıq bir şey yoxdur. Stadionun özünü təqdim etməyən əməkdaşı dedi ki, bütün cavabdehlik ot örtüyünə nəzarət edən «Football&Sports Management» şirkəti daşıyır. Şirkət isə hələ də məsələyə aydınlıq gətirməyib.

«Qarabağ» «Celtic» qarşılaşması saat21.30-da başlanacaq. İlk oyunda «Qarabağ» 0:1 hesabı ilə məğlub olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG