Keçid linkləri

Təcili xəbərlər
2023, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:33

Metro yeni gediş haqqı kartlarına keçir


Metro

-

«Bakı Metropoliteni» «Bakı Kart» vahid nağdsız ödəniş kartlarına keçir.

Bu barədə Trend-ə qurumdan məlumat verilib.

Yeni gediş kartlarının və müvafiq avadanlığın təqdimatı avqustun 6-da keçiriləcək.

Kartların satışa avqustun 8-i çıxarılacağı gözlənilir.

Yeni kartların üstünlüyü ondan ibarətdir ki, onlardan yeraltı nəqliyyatda olduğu kimi, sərnişin avtobuslarında da gediş haqqı üçün istifadə etmək olacaq.

Stansiyalarda «Bakı Kart»ın hesabına vəsait yatırmaq üçün terminallar quraşdırılıb.

Yeni kartların qiyməti 2 manatdır.

Hazırda istifadə olunan köhnə kartlar bir şərtlə geri qaytarıla bilər ki, onların qiyməti (2 manat) yeni gediş kartının balansına daxil edilsin.

XS
SM
MD
LG