-
May ayından indiyədək Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 57 nəfər müraciət edib. 19 nəfər xəstəxanaya yerləşdirilib. Ölüm faktı qeydə alınmayıb.
Bunu apa-ya Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası baş həkiminin müavini Oqtay Şahmalıyev deyib.
Baş həkimin müavini bildirib ki, müraciət edənlərin əksəriyyəti orta yaşlıdır: «Günvurma daha çox azyaşlılara və yaşlı insanlara pis təsir edir».