Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

«Qarabağ»a ingilis tələsi


Azad Rəhimov
Azad Rəhimov

-

«Yeni Müsavat» qəzeti avqustun 5-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək «Qarabağ»-«Celtic» oyunu ərəfəsində yaranan narazılığa diqqət çəkib.

Qəzet yazır ki, «Qarabağ» öz meydanında ciddi problemlə üzləşib. Artıq 3 gündür ki, mərkəzi arenanın ot örtüyününbərbad vəziyyətdə olması ciddi narahatlıq doğurub: «Arenanın ot örtüyünün durumuna «Football&Sports Management» (FSM) şirkəti cavabdehdir. Bu şirkət isə Şotlandiya dövlətinin daxil olduğu Böyük Britaniya Krallığınındır. İlk şübhə və suallar daelə buradan qaynaqlanır. Əcəba, ingilis şirkəti Şotlandiyaya görə «Qarabağ»ın oynayacağı meydanı bərbad günə qoya bilərmi?

Respublika stadionunun direktoru Akif İsmayılovun dedikləri əsl sensasiyadır və şübhələr üçün əsasdır. Stadionun direktoru arenanın qazonunun bərbad hala düşməsində İngiltərənin FSM şirkətinin günahkar olduğunu deyib. Diqqət edək: «Oyunun başlamasına 4-5 gün qalmış stadiona traktoru salıb başladılar hansısa işlər görməyə, stadionu da bu hala saldılar, bu səhv addım idi».

«Yeni Müsavat» bu şirkətin gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun himayəsində olduğunu, şirkətlə müqavilənin Arif Rəhimovun dəstəyi ilə bağlandığını yazır.

Qəzet sonda bir məqama da diqqət çəkir: «İki gündür bu xəbərlər ölkənin əsas mövzularından birinə çevrilsə də, nə Azad Rəhimov, nə Londonda yaşayan oğlu iddialara münasibət bildirir».

O MİLYONLARI BİZ DƏ QAZANA BİLƏR(D)İK…

«Bizim yol» sual edir: «Turizm fürsətlərini nə vaxtadək itirəcəyik?».

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, iyul ayında Gürcüstana 170 minə yaxın Azərbaycan vətəndaşı səfər edib. Bu göstərici ilə azərbaycanlıların Gürcüstana gedən əcnəbilər arasında 2-ci yerdə olduğu deyilir. Rəqəmlərə görə, üçüncü yerdə ermənilər gəlir və Gürcüstanla münaqişədə olan Rusiyanın vətəndaşları da istirahət üçün bu ölkədə istirahətə üstünlük verirlər.

Batumi
Batumi

İqtisadçı-ekspert Natiq Cəfərli «Bizim Yol»a deyib ki, turistlərin Gürcüstana üz tutmasının bir çox səbəbləri var: «İlkin səbəb viza ilə, sənədləşmə ilə bağlıdır. Gürcüstan, demək olar ki, bütün ətraf ölkələrlə, o cümlədən Avropa Birliyi, Amerika, Çin, Yaponiya və bu tipli ölkələrlə, haradan ki potensial turist çox gəlir, dünyanı gəzir, vizanı ləğv edib. Gələn qonaqlara isə bir ilə qədər qeydiyyatsız Gürcüstan ərazisində qalmağa icazə verir. Azərbaycan isə dünyada ən çətin viza alınan ölkələr sırasındadır. Ölkəyə gələn kimi Miqrasiya Xidmətində qeydiyyatdan keçməlidir. Bu isə ölkəyə gəlmək istəyən potensial turisti ilk andaca bu fikirdən çəkindirir. Ölkənin vizalara bu qədər önəm verməsi və ləğv etməməsi əslində çox anormaldır. Turizmi inkişaf etdirmək istəyən ölkə ilk bu addımdan başlayır».

N.Cəfərlinin fikrincə, ikinci addım qiymətlərlə, yəni həm təyyarə qiymətləri, həm də ölkə daxilində yerləşən müxtəlif otellərin, xidmət sahələrinin qiymətləri ilə bağlıdır.

Ekspert deyir ki, xidmət sahələrində kafe və restoranlarda qiymətlər də Gürcüstanla müqayisədə həddindən artıq bahadır. Ona görə də turist Azərbaycanı yox, Gürcüstanı seçir.

«KEÇMİŞ MƏMURLARA HƏBS TƏHLÜKƏSİ»

«Azadlıq»ın «Keçmiş məmurlara həbs təhlükəsi» başlıqlı məqaləsində deyilir ki, yaxın bir neçə ildə vəzifədən çıxarılanlarla bağlı araşdırmalara başlanıb.

«Araşdırmalar onların vəzifədə olduqları müddətdə gördüyü işləri, ölkə daxilində və xaricindəki əmlaklarını, yaxın qohumlarının fəaliyyətini əhatə edəcək. Onlarla bağlı belə bir qərarın verilməsinin səbəbi dəqiq bəlli deyil. Lakin bəzi ehtimallara görə bu araşdırmalar yaranmış maliyyə böhranı ilə bağlıdır», - yazır qəzet.

Foto illüstrasiya
Foto illüstrasiya

«Azadlıq»a danışan hakimiyyətdəki mənbə deyib: «Ehtimal olunur ki, hakimiyyət Beynəlxalq Bankdan kredit götürən sahibkarlar kimi keçmiş məmurların da pullarını almaq və bununla böhranın vurduğu zərbələri az da olsa aradan qaldırmaq istəyir».

Məlumatda bildirilir ki, prosesə parlament seçkiləri ərəfəsində start verilə bilər, bu dalğada indi vəzifədə olan məmurların da hədəfə alınacağı istisna olunmur.

«RƏQABƏTQABİLİYYƏTLİ MƏHSULLARIN ALICISI HƏMİŞƏ VAR»

«Azərbaycan»da oxuyuruq: «Rəqabətqabiliyyətli məhsulların alıcısı həmişə var».

Qəzet son illər verilən güzəştli kreditlərin böyük hissəsini kənd təsərrüfatı sahəsində çalışanların aldığını yazır: «Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bölgələrdə çalışan 12500-dən çox sahibkara 295 milyon manat güzəştli kredit verilib. Son bir neçə ildə isə fond tərəfindən 19 rayonda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük kompleksinə, 6 rayonda ət kəsimi və emalı müəssisəsinə 240 milyon, eləcə də 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisəsinə 771 milyon manat həcmində güzəştli kreditlər ayrılıb».

«Azərbaycan» bildirir ki, aqrar sektora olan belə qayğı nəticəsiz qalmır: «Müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə ərzaq və kənd təsərrüfatı məhsullarının çox hissəsi xaricdən alındığı halda indi idxal ildən-ilə azalır».

Qəzet bununla bağlı bəzi rəqəmləri sadalayır və bildirir ki, idxaldan asılılıq azalır, ixrac potensialını artırmaqla ərzaq təhlükəsizliyi təmin edilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG