Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:27

Britaniya polisi keçmiş Rusiya kəşfiyyatçısı Aleksandr Litvinenkonun zəhərlənməsi faktını araşdırır


Britaniya polisi keçmiş Rusiya kəşfiyyatçısı Aleksandr Litvinenkonun zəhərlənməsi ilə bağlı istintaq aparıldığını təsdiqləyib.


Britaniya mətbuatı yazır ki, Aleksandr Litvinenko noyabrın 1-də bir İtaliya vətəndaşıyla nahardan sonra zəhərlənib.


Mətbuatın yazdığına görə, Aleksandr Litvinenko Kremlin Çeçenistan siyasətini tənqid edən rusiyalı jurnalist Anna Politkovskayanın qətliylə bağlı istintaq aparırmış və həmin İtaliya vətəndaşı ona bu barədə məlumat verməliymiş.


6 il bundan əvvəl Britaniyanın tərəfinə keçən Aleksandr Litvinenko ötən ay bu ölkənin vətəndaşlığını alıb. O, Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən axtarışdadır.


XS
SM
MD
LG