Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:31

“Bəs biz yazıq deyilikmi?"


İllüstrasiya fotosu
İllüstrasiya fotosu

.

Qazax şəhərinin mərkəzi bazarında satıcılar alıcı qıtlığından gileylənirlər.

Deyirlər ki, bazarın arxasındakı maşın yolunda küçə alveri gedir. Kim necə gəldi. elə də alıb-satır. Bazarın içində isə alıcıları barmaqla saymaq olar. Satıcılar bildirirlər ki, piştaxtalar boş qalıb, alıcı bazarın çölündən bazarlıq edib gedir, onlara isə hər gün vergi vermək qalır.

“Bəs biz yazıq deyilikmi?"

Maraqlıdır ki, bazarda rəsmi qurumlardan polisdən savayı heç kəs gözə dəymir. Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin müdirini isə gördüm deyən tapılmır. Halbuki istər alıcılar, istərsə də satıcılar bazarda sanitariya qaydalarının gözlənmədiyindən dad deyirlər. İndi çoxlarını bir sual düşündürür. Bazarın arxasındakı küçə ticarəti nə vaxta kimi davam edəcək?

Adının çəkilməsini istəməyən bir satıcı deyir:

“Bəs biz yazıq deyilikmi? “Kreditimiz var, borcumuzu ödəyə bilmirik. Bazarın içində piştaxtalar boş olduğu halda, küçənin ortasında təzə bazar açıblar Xəstəlik baş alıb gedir, amma baxan yoxdur. Biz piştaxtanın arxasında qalmışıq, amma heç nə sata bilmirik. Birdəfəlik bazarı ləvğ etsinlər, biz də işimizi bilək. Bilək ki, ancaq küçə ticarəti ilə məşğul olmaq olar”.

“Polis nədən ötəridir?”

Digər satıcı isə gileyini belə çatdırır:

“Bazarın polisi var, küçədə ticarət olmamalıdır. Amma polis özü şərait yaradır. “Haqqın” alıb gedir. Bununla bağlı hara şikayət etsək xeyri yoxdur. İcraya gedirik, deyirlər düzələcək, amma düzəltmirlər. Qaynar xəttə zəng edirik, onlar gələndə 1-2 gün düzəlir, sonra yenə köhnə hamam, köhnə tas”

Məsələ ilə bağlı sahə müvəkkili Amil Budaqovla görüşdük. O bildirdi ki, bazarın arxasında küçə ticarətinin fəaliyyət göstərməsinin onunla heç bir əlaqəsi yoxdur.

XS
SM
MD
LG