Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:31

«Celtic» klubunun drijor qapıçısı


Craig Gordon - Celtic

-

«Celtic» klubu Azərbaycana, Bakıya yola düşmək üçün Glasgow aeraportuna yollanıblar. Burda isə onları Şotlandiynın Kral Milli Orkestri qarşılayıb.

Aeraportun gözləmə zalında düzülən orkestrın dirijoru da «Celtic» klubunun qapıçısı Craig Gordon olub. Bu iş onun üçün də sürpriz olub.

Craig Gordonun dirijorluğu ilə orkestr Sergei Prokofievin “Cəngavərlərin rəqsi” (Dance of the Knights) əsərini ifa ediblər. Bundan sonra klub Bakıya yola düşüb.

“Qarabağ”la “Celtic” (Şotlandiya) arasında qarşılaşma avqustun 5-də saat 21.30-da Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.

Səfər matçında “Qarabağ” meydan sahiblərinə 0:1 hesabı ilə məğlub olmuşdu.

Oyun UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilir.

XS
SM
MD
LG