Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:01

41 dərəcə isti ilə bağlı xəbərdarlıq!


-

Dövlət Əmək Müfəttişliyi Xidməti havaların isti keçməsilə bağlı bütün müəssisələrə xəbərdarlıq edib.

Xəbərdarlıqda deyilir ki, havanın temperaturu +41 dərəcə və daha yuxarı olarsa əmək qanunvericiliyi açıq havada, sərinləşdirici qurğular olmayan örtülü məkanlarda bütün növ işlərin görülməsini dayandırmağı tələb edir. İşçilərə sərinləşmək üçün imkan yaradılmaqla birgə fasilələrin verilməsi tələb olunur. Fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı ilə müəyyən edilir, bütün fasilələr iş vaxtına daxil olunur və aylıq tarıf maaşına hesablanır.

Xidmət bu tələblərə əməl edilmədiyinə görə işəgötürənlərin inzibati məsuliyyətə cəlb edilə biləcəkləri barədə xəbərdalıq edib.

XS
SM
MD
LG