Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Mart, Cümə, Bakı vaxtı 03:08

Ukrayna ordusu ilə separatçılar arasında qarşıdurma olub


Ukrayna ordusunun sözcüsü Andriy Lysenko

-

Ukrayna ordusu bildirir ki, ötən gün Rusiya yönümlü separatçılarla qarşıdurmada 4 Ukrayna əsgəri ölüb.

Ukrayna ordusunun sözcüsü Andriy Lysenko avqustun 3-də bildirib ki, son 24 saat ərzində Luhansk və Donetsk regionundakı cəbhə xətlərində 15 Ukrayna əsgəri də yaralanıb.

Canlı qüvvələrin itkisi separatçılarla Ukrayna rəsmilərinin Minskdə ATƏT nümayəndələrinin iştirakı ilə yeni danışıqlara başladığı vaxta təsadüf edir.

Fevralda atəşkəs olan olunsa da, müxtəlif zamanlarda pozulub, itkilər olub.

Bunu Rusiya prezidenti Vladimir Putinsə bu yaxınlarda mətbuat konfranslarının birində deyib ki, “Minskdə əldə edilmiş atəşkəs sazişinə tam əməl olunması Ukraynanın şərqində hərbi əməliyyatların dayandırılmasında çox vacibdir”.

2014-cü ilin aprelindən bəri Ukraynanın şərqində gedən döyüşlərdə 6500-dən çox adam ölüb.

XS
SM
MD
LG