Azərbaycanda kompüterin virusa yoluxma riski yüksəkdir
Dünyanın aparıcı antivirus istehsalçılarından olan “Kasperski laboratoriyası” bu ilin ikinci rübünün yekunlarına həsr olunmuş hesabatını dərc edib.İkt. Lent. Az-ın “ICTnews”a istinadən verdiyi məlumata görə, virusa ən çox məruz qalma riskli ölkələr Rusiya, Qazaxıstan, Ukrayna, Suriya, Belarus, Tailand, Moldova və Vyetnamdır. Burda virusa yoluxma ilə bütün kompüterlərin 30-38 faizi üzləşir. Azərbaycanda da bu risk yüksəkdir.Hesabat dövründə Azərbaycanda istifadəçilərin 32,16 faizi internet vasitəsi ilə virusa yoluxma riski ilə üzləşib.
Virusa yoluxma riskinə ən çox məruz qalan ölkələrin 20-liyinə Ermənistan, Qırğızıstan, Xorvatiya, Əlcəzair, Qətər, Çin, Monqolustan, Makedoniya, Bosniya və Herseqovina və Yunanıstan daxil olub.
Argentina, Niderland, Koreya, İsveç, Paraqvay və Danimarka kimi ölkələrin internet məkanı 10-13 faizlə ən az riskli internet seqmentidir.
Sterligov Rusiyaya qayıda bilmir
Rusialı iş adamı German Sterligov Azərbaycanın qorxusundan Ermənistandan Rusiyaya qayıda bilmir. Ermənistanda ona deyiblər ki, Azərbaycan onu beynəlxalq axtarışa verdiyinə görə, o, Rusiya sərhəddinı çatan kimi rusiyalı sərhədçilər onu saxlamalıdır. Bunu onun vəkili Ayrapetov İnterfaksa deyib.
Bakıda qapısı açıq avtobusdan yıxılan qadın
Qapısı açıq avtobusdan yıxılan qadın ölüb. Bunu Daxili İşlər Nazirliyinin saytı bildirir:
"Avqustun 2-də Yasamal rayonu ərazisində Yevlax rayon sakini Taleh Məmmədovun idarə etdiyi “İsuzu” markalı avtobusunun qapısı açıq olduğundan sərnişini Ağsu rayon sakini Xəzəngül Sadıxova yıxılıb. Nəticədə X.Sadıxova xəstəxanaya yerləşdirilib və orada ölüb.Araşdırma aparılır."
Yol Polisi sürücülərə xəbərdarlıq edir
Respublika Baş Dövlət Yol Polisi İdarəsi havaların isti keçməsilə əlaqədar sürücülərə növbəti dəfə müraciət edib.İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında deyib ki, kondisionersiz avtomobillərlə yay aylarında törədilən yol qəzalarının əksəriyyəti günorta saatlarında baş verir: “Günorta vaxtlarında qeydə alınan yol nəqliyyat hadisələri məhz günün qızmar vaxtlarına təsadüf edir."
"İsti hava, eləcə də havada olan müxtəlif qazlar sürücüyə həm psixoloji, həm də fizioloji təsir edir".