Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Konfransı Təşkilatının növbədənkənar toplantısına qatılmaq üçün Səudiyyə Ərəbistanına yola düşüb.
XİN-in Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadədən aldığımız məlumata görə, növbədənkənar keçirilən toplantıda İslam dünyasında baş verən hadisələr və qarşıda duran vəzifələr müzakirə olunmalıdır.