Türkiyədə keçirilən türkdilli dövlət başçılarının sammiti başa çatdıqdan sonra Azərbaycanın dövlət başçısı İlham Əliyevin noyabrın 18-də axşam saatlarında Birləşmiş Ərəb Əmirliklərinə yola düşəcəyi deyilir.
Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, artıq nazir müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərindədir.
Noyabrın 20-də isə Birləşmiş Ərəb Əmirlikləri-Azərbaycan biznes forumu keçiriləcək. Forumda Azərbaycanı qida və kimya sənayesində çalışan 20-dən çox iş adamı təmsil edəcək.