Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:29

Büdcə pullarını xərcləyən spiker istefa verdi


Avstraliyanın baş naziri Tony Abbot
Avstraliyanın baş naziri Tony Abbot


Avstraliya Federal Parlamentinin Nümayəndələr Palatasının spikeri Bronwyn Bishop istefa verib. Səbəb büdcə vəsaitlərinin, daha dəqiqi qanunvericilərə nəqliyyat xərcləri kimi verilən vəsaitlərin xərclənməsi ilə bağlı qalmaqaldır.


Bishopun siyasi kampaniyanın sponsorları ilə görüşə getmək məqsədilə dövlət büdcəsinə 5 min avstraliya dollarına başa gələn vertalyot sifariş etdiyi bildirilir. Onun öz həmkarlarının toy mərasimlərində iştirakına da büdcədən pul xərclədiyi iddia olunur.


BBC-nin məlumatına görə, Bishop üzrxahlıq edib və bildirib ki, vertalyot sifarişinə görə xərclənən pulu geri ödəyəcək.


Baş nazir Tony Abbot Bishopun istefa qərarını düzgün addım kimi dəyərləndirib. O həmçinin bildirib ki, parlamentarilərin xərcləri üzərində nəzarət sistemi bir daha nəzərdən keçiriləcək.


Abbot özü də keçmişdə şəxsi məqsədlər üçün xərclədiyi büdcə pullarını geri qaytarmalı olub.

XS
SM
MD
LG