Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 02:07

Tale Bağırzadə tərəfdarları ilə görüşə bilmədi


Tale Bağırzadə: Kiçik zindandan böyüyünə düşdüm
Gözlə

No media source currently available

0:00 0:09:29 0:00

Tale Bağırzadə: Kiçik zindandan böyüyünə düşdüm

-

Avqustun 1-də ilahiyyatçı-alim Hacı Tale Bağırzadənin Bakıda bir qrup tərəfdarı ilə görüşü baş tutmayıb.

Müsəlman Birliyi Hərəkatının sədr əvəzi Elçin Qasımov AzadlıqRadiosuna deyib ki, görüşün Bakının Nizami rayonundakı «Mədinə Gülü» şadlıq evində keçirilməsi nəzərdə tutulsa da, sonradan onlara tədbirin təxirə salındığı bildirilib:

«Şadlıq evinin rəhbərliyinə təzyiq olunub ki, belə bir tədbirin keçirilməsinə imkan yaratmasın. Onlar da tədbiri ləğv etdilər».

«Mədinə Gülü» restoranının adını söyləməyən administratoru AzadlıqRadiosuna bildirdi ki, onlara heç kim təzyiq göstərməyib və tədbir təşkilatçılar tərəfindən təxirə salınıb: «Onlar görüşə gəlmədilər. Biz nə edə bilərik, tədbirin təşkilatçıları belə məsləhət görüblər».

Tale Bağırzadə həbsdən iyulun 30-da çıxıb. O, 2013-cü il martın 31-də həbs edilmişdi. İlahiyyatçı qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunurdu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG