Keçid linkləri

Təcili xəbərlər
2021, 26 İyul, Bazar ertəsi, Bakı vaxtı 22:03

Yeni avtobuslar gələn həftədən işləyəcək


«Baku Bus» MMC-nin avtobusları.

-

Gələn həftədən başlayaraq Avropa Oyunları vaxtı idmançılara və tamaşaçılara xidmət göstərən, «Baku Bus» MMC tərəfindən paytaxta gətirilən komfortlu avtobuslar ictimai nəqliyyatın ixtiyarına veriləcək.

Bu barədə apa-ya Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Fəaliyyəti dayandırılan 10 marşrutun (1, 14, 20, 25, 53, 69, 86, 90, 125, 194) yenidən xəttə buraxılmasına gəlincə, qurumdan bununla bağlı konkret cavab verilməyib.

apa-nın məlumatına görə, hansı marşrutların istiqamətində təkrarçılıq yoxdursa, onun tezliklə bərpa edilməsi planlaşdırılıb.

Nəqliyyat Nazirliyinin Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsindən isə bildiriblər ki, bəzi marşrutların bağlı qalması bir müddət davam edəcək. Hazırda marşrutların optimallaşdırılması üzrə işlər gedir və bəzi marşrutlara kondisionerli yeni avtobuslar buraxıla bilər.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG