Keçid linkləri

2026, 21 Sentyabr, bazar ertəsi, Bakı vaxtı 06:42

«Haqqani şəbəkəsi»nin lideri ölüb

Jalaluddin Haqqani
Jalaluddin Haqqani

-

Hərbi «Haqqani şəbəkəsi»nin lideri Jalaluddin Haqqani təxminən bir ildir ki, ölüb. Bunu Pakistan mediası adının çəkilməsini istəməyən «Taliban» mənbələrinə istinadla yayıb.

Onun təbii səbəblərdən öldüyü və yandırıldığı deyilir.

«Taliban»a bağlı «Haqqani şəbəkəsi» Əfqanıstan-Pakistan sərhədindəki bölgələrdə əməliyyatlar aparıb.

Jalaluddin «Haqqani» hərbi qrupunu 1980-ci ildə Əfqanıstanda Sovet qoşunları ilə döyüşmək üçün yaratmışdı.

Şəbəkənin hazırkı lideri Jalaluddin Haqqaninin oğlu Sirajuddin Haqqanidir. ABŞ onun tutulması üçün 10 milyon dollar mükafat təyin edib.

This item is part of
XS
SM
MD
LG