Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:39

«Qənimət Zahidovu aclığı dayandırmağa məcbur etməliyik»


Noyabrın 9-dan müddətsiz aclıq aksiyasına başlayan jurnalistlərin sırasına daha iki nəfər qoşulub. Onlar «Hürriyyət» qəzetinin müxbiri Vidadi Bayramov və «Azadlıq» qəzetinin əməkdaşı Nicat Dağlardır.

Müddətsiz aclıq edən «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidovun səhhəti isə daha da pisləşib. Digər aksiya iştirakçılarında da baş və ürək ağrıları müşahidə olunur.


Aksiya iştirakçılarından biri-Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyir ki, Qənimət Zahidovu aksiyanı dayandırmağa məcbur etmək lazımdır:


«Bu qədər aclıq etmək olmaz. Sonra işləmək də lazımdır. Mətbuata təzyiqlər bununla bitməyəcək. Mübarizə üçün sağlam orqanizm lazımdır. Ona görə də hamı Qənimət Zahidovdan aksiyanı dayandırmasını tələb etməlidir».


Bakı şəhəri Xaqani küçəsi 33-də yerləşən «Azadlıq» qəzeti, «Turan» İnformasiya Agentliyi, Xalq Cəbhəsi Partiyası və başqa qurumların binadan çıxarılmasına etiraz olaraq bir qrup jurnalist noyabrın 9-dan aclıq aksiyasına başlayıb. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi «Azadlıq» qəzetinin icarə haqqını ödəmədiyini bildirir, qarşı tərəf isə bunu azad sözə təzyiq kimi qiymətləndirir.


Noyabrın 16-da hökumət həmin binada yerləşən qurumlara yeni ünvanlarda yerlər təklif etsə də, onlar həmin təkliflə razılaşmayıblar.


XS
SM
MD
LG