Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Naxçıvanda təhsil sovet dönəminə qayıdır?


Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov

Naxçıvan Mustar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında sərəncam verib.

Onun 28 iyul tarixli sərəncamında hər il 2 minə yaxın tələbənin Naxçıvanda ali və orta ixtisas təhsili müəssisələrindən məzun olduğu deyilir.

Lakin sənəddə ixtisasların dövlət və qeyri-hökumət təşkilatlarına (Bəstəkarlatr Təşkilatı, Aşıqlar Birliyi və Rəssamlar Birliyi) hamiliyə verilməsinin nə anlama gəldiyi, bunun maliyyə həlli və hüquqi nəticələri haqda bir kəlmə də qeyd olunmur.

İqtisadçı Rövşən Ağayev AzadlıqRadiosuna məsələ ilə bağlı deyib ki, sənədin başa düşülən hissəsi budur ki, konkret ixtisaslar üzrə oxuyanlar təhsil aldıqları dövrdə profil nazirlik və dövlət komitələrilə müntəzəm kontaktda olacaq, təhsildən sonra onların işlə təminatında bu qurumlar rol oyinacaq.

Amma aydın olmayan budur ki, hamilik prosesi necə olacaq - məcburi təyinat sistemini bərpa edəcəklərmi? Edəcəklərsə, axı, təhsil və səhiyyə təşkilatlarında, başqa dövlət qurumlarında bütün məzunları işlə təmin edəcək sayda boş iş yeri yoxdur. Yoxsa, sovetlər dönəmində olduğu kimi, hamı üçün ştat olacaq? Ümumiyyətlə təhsil dövrünün özündə bu hamiliyin rolu və forması necə olacaq, deyə Rövşən Ağayev ritorik suallar verir.

Hazırda muxtar respublikada üç ali (Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutu), üç orta ixtisas təhsili müəssisəsi (Naxçıvan Tibb Kolleci, Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Musiqi Kolleci) fəaliyyət göstərir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG