Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 06:17

Azərbaycandan 333 kq heroin keçirilib

Foto illüstrasiya
Foto illüstrasiya

-

Rumıniyada Ukrayna ərazisindən Qərbi Avropaya 333 kiloqram heroin daşıyan iki yük maşını saxlanılıb.

Xəbəri «Associated Press» yayıb.

Maşınlardan biri Macarıstana, digəri isə Rumıniyanın Bıstritsa şəhərinə gedirmiş. Bununla bağlı iki Türkiyə və iki Rumıniya vətəndaşı saxlanılıb.

RIA agentliyinin məlumatına görə, narkotik Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə və Ukraynadan keçirilib.

2014-cü ilin iyulunda Azərbaycandan Gürcüstana daxil olarkən yuyucu vasitə adı altında kanistrlərə doldurulmuş 600 kq maye heroin, morfin və kodein daşıyan yük maşını saxlanmışdı.

This item is part of
XS
SM
MD
LG