Keçid linkləri

Təcili xəbərlər
2021, 12 May, çərşənbə, Bakı vaxtı 10:02

"Mardan Palace” oteli müsadirə oluna bilər


Foto arxiv

Türkiyənin Antalya şəhərindəki məşhur “Mardan Palace” oteli müsadirə oluna bilər.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Sözcü” (www.sozcu.com.tr) qəzetinin yazdığına görə, Antalyanın 6-cı İcra Dairəsi 2,2 milyon dollar borcu olduğuna görə, “Mardan Palace” hotelinin müsadirə olunması haqda qərar çıxarıb.

İstanbul Kadıköy 3-cü İcra Dairəsindən Antalya 6-cı İcra Dairəsinə göndərilən təlimatda “Art Decor” firmasına 2 milyon 254 min 898 türk lirəsı borcu olmasına görə hotelin müsadirəsi tələb edilib. Müsadirə haqda qərara baxmayaraq, İstanbuldan təlimatın xərcləri ödənilmədiyindən müsadirə qərarı icra olunmur.

Hazırda “Mardan Palace” hotelinin borcları ilə bağlı ümumilikdə 67 məhkəmə işi var.

“Mardan Palace” hoteli əslən Azərbaycandan olan rusiyalı iş adamı Telman İsmayılova məxsusdur.

Qeyd edək ki, 1,5 milyard dollara başa gələn Hotel iyunda Antalya 4-cü İcra Dairəsi tərəfindən satışa çıxarılıb.

XS
SM
MD
LG