Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:54

«Happy Birthday to You» mahnısı kimindir?


Foto illüstrasiya
Foto illüstrasiya

-

ABŞ-lı rejissor Jennifer Nelson-un vəkilləri dünyaca məşhur «Happy Birthday to You» mahnısının müəllif hüququpredmeti olmadığı barədə danılmaz dəlillər irəli sürüblər.

«The New York Times»ın yazdığına görə, onlar bu dəlilləri iyulun 29-da baş tutacaq məhkəmə dinləməsində təqdim edəcəklər.

Vəkillərin fikrincə, mahnı 1922-ci ildən ictimaiyyətin malı olub.

500 səhifəlik sənəd toplayan vəkillər 1927-ci ildə mahnının sözlərinin heç kəsdən icazə alınmadan dərc olunduğunu da aşkarlayıblar.

«Happy Birthday to You» mahnısının hüquqi sahibi «Warner Music Group» konsernidir.

Konsern ildə bu mahnının filmlərdə və televerilişlərdə istifadəsindən 2 milyon dollar qazanır.

Nelson-un vəkilləri konsernin mahnıya hüququnun qanunsuz olduğunu bildirirlər.

«Warner Music Group» hələ ki, məsələyə münasibət bildirməyib.

Jennifer Nelson «Warner Music Group»u 2013-cü ildə də məhkəməyə vermişdi.

Çəkdiyi sənədli filmdə «Happy Birthday» mahnısından istifadə edən rejissor məhkəməyə bəzi sübutlar təqdim etsə də, sonda konsernə 1.5 min dollar ödəməli olmuşdu.

«Warner Music Group» «Happy Birthday» mahnısını 1988-ci ildə «Birchtree Ltd.» şirkətindən 25 milyon dollara satın alıb.

Mahnı 1893-cü ildə Luisvilldə müəllimə işləyən amerikalı bacılar- Mildred J.Hill və Patty Smith Hill tərəfindən yazılıb.

Mahnının ilk adı «Good Morning to All» olub.

Bacılar bu mahnı ilə sinfə yeni gələn məktəbliləri salamlayırlarmış.

Bu mahnı dünyanın ad günü mahnısına çevrilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG