Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 08:22

Tural Abbaslı «Ağ blok» yaratdı


Tural Abbaslı
Tural Abbaslı

-

Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı yeni siyasi blok yaradıb. «Ağ blok»un məqsədi müxtəlif partiyalarda təmsil olunan, lakin həmin təşkilatlarda yetərincə dəstəklənməyən gənclərin parlament seçkilərində birgə iştirakını təmin etməkdir.

Bu barədə AzadlıqRadiosuna Tural Abbaslı açıqlama verib.

Tural Abbaslı Müsavat Partiyasının üzvlüyündən çıxmadığını, amma seçkilərə «Ağ blok»un namizədi kimi qatılmağa üstünlük verdiyini deyir:

«Bizim üçün önəmli olan yeni simaların siyasi arenaya çıxmasıdır. Azərbaycan cəmiyyətində artıq ənənəvi müxalifətdə olanlara inam yoxdur. Cəmiyyətimiz bəzi siyasətçilərin nəticəsi olmayan fəaliyyətindən yorulub. Bu baxımdan xalqın sosial sifarişini nəzərə alaraq belə bir bloku təsis etmək qərarına gəldik. İlkin mərhələdə hədəfimiz Azərbaycanda keçiriləcək parlament seçkiləridir. Bu seçkilərə fərqli platforma ilə gedirik. Cəmiyyətə üçüncü, alternativ seçim veririk».

Tural Abbaslının dediyinə görə, «Ağ blok»un artıq seçkilərə qatılacaq 10 namizədi var.

Seçkilərdən sonra blokun partiyaya çevriləcəyi də istisna olunmur:

«Partiyalarda gənclərin öz potensialını ortaya qoymağa şərait yoxdursa, daxili intriqalara enerji sərf etməkdənsə niyə də öz partiyamızı yaratmayaq?!».

Bundan öncə Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu da partiyadan ayrılaraq «Azərbaycan Demokratiya və Rifah» (ADR) Hərəkatını yaradıb.

XS
SM
MD
LG