Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 02:45

İran prezidenti Fransaya gedəcək


Hassan Rohani

Fransa prezidenti Francois Hollande iranlı həmkarı Hassan Rohanini noyabrda Fransaya səfərə dəvət edib.

Bu barədə Fransanın xarici işlər naziri Laurent Fabius iyulun 29-da Tehranda iranlı həmkarı Mohammad Javad Zariflə görüşdən sonra məlumat verib.

Onun günün sonunda prezident Hassan Rohani ilə də görüşü nəzərdə tutulur.

Bundan bir gün əvvəl Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini də Tehranda səfərdə olub.

Bu ay İranla 6 dünya ölkəsi arasında əldə edilmiş yekun nüvə sazişində Tehranın nüvə fəaliyyətini dayandırması və əvəzində ona qarşı sanksiyaların aradan qaldırılması nəzərdə tutulur.

Bundan sonra Qərblə Tehran arasında münasibətlərin yaxşılaşdığı müşahidə olunur.

XS
SM
MD
LG