Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:26

Azal qiymətləri bu cür azaltdığını deyir (Yeni qiymətlər)


Azal-ın təyyarələrindən biri
Azal-ın təyyarələrindən biri

Avqustun 1-dən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin105 yerlik "Embraer" təyyarələri ilə həyata keçiriləcək aşağı büdcəli sərnişindaşıma xəttləri (“lowcost”) təcrübəsinin tətbiqinə başlayır.

İctimaiyyətin təpkisi qarşısında duruş gətirə bilməyən aviaşirkət hər bir baqaj üçün əvvəllər bəyan edildiyikimi 50 manat deyil, 25 avro alacaq.

İlkin olaraq aşağı büdcəli, yəni biletin qiyməti bir istiqamətə 99 avro olmaqla uçuşlar Antalyaya həyata keçiriləcək. Bu qiymətə biletləri həftənin 3 günü yerinə yetiriləcək reysələrə almaq olacaq. Qiymətə bütün rüsumlar daxildir və sərnişin salona əl yükünü də pulsuz keçirə biləcək.

AZAL-ın mətbuat xidməti ucuz qiymətə biletlərə sərnişinlərin marağın yüksək olduğunu göstərmək üçün bildirib ki, avqustun 7-nə olan biletlərin hamısı iki gün ərzində satılıb qurtarıb.

Qeyd edək ki, tələbatın çox olduğu daha üç marşrut üzrə də) sentyabr (İstanbul), və oktyabr (Moskva, Dubay) aylarında lou-kost uçuşlara başlanacaq. Biletin qiyməti 99 avro olmaqla Bakıdan İstanbula hər gün 1 uçuş, Moskvaya hər gün 2 uçuş, dubaya hər gün bir uçuş imkanı olacaq.

Xatırladaq ki, avqustun 1-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə ekonom-klass tariflərinə 20-30% arasında endirim tətbiq olunur. AZAL 34 istiqamət üzrə güzəştli qiymətlərlə satmağa başladığı biletlərin qiymətlərini ictimaiyyətə açıqlayıb.

AZAL-ın yazdığına görə bütün reyslərinə biletləri on-line rejimində bronlaşdırmaq və əldə etmək mümkün olacaq. Bu isə, sərnişinlərə hansı istiqamətə hansı növ biletin mövcudluğu və qiymətləri barədə müfəssəl məlumat əldə etmək və aviabilet satışı agentlərinə komissiya haqqı ödəmədən birbaşa və ucuz bilet almaq imkanı yaradır.

Sosial şəbəkələrdə bu mövzu son vaxtlar fəal müzakirə edilir. Əsasən belə fikirlər səslənir ki, AZAL Macarıstanın WizzAir kimi aşağı qiymətlərlə biletlər təklif edən şirkətlərini Bakı Hava limanına buraxmır, özü isə müxtəlif yollarla əslində ucuzlaşdırdığı biletlərə görə də sərnişinlərdən əlavə ödənişlər tələb edir. Əsasən də AZAL-ın son elan etdiyi ucuz biletləri əslində yalnız özünə yaxın turizm şirkətlərinə satacağı barədə fikirlər var.

Şirkət açıqlamasında iddia edir ki, WizzAir şirkətinə 3 illik güzəştli müqavilə təklif edir və hazırda MAcarıstan tərəfdən cavab gözləyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG