-
Çərşənbə axşamına keçən gecə onlarla israil polisi və xüsusi təyinatlısı İordan çayının qərb sahilindəki Beyd-Əll şəhərinə gəliblər. Ölkənin ali məhkəməsi bu ərazidəki bir neçə tikilini qeyri qanuni hesab edib. Məhkəmə qərara alıb ki evlərin tikildiyi torpaq fələstinli ərəbə məxsusdur. Qərara görə tikilən evlər dərhal boşaldılmalıdırlar lakin sakinlər qərarı icra etməkdən imtina ediblər.
Onların köməyinə digər sakinlər gəlib, evlərdə barrikadalar qurublar. Onlarla adam, əsasən də yeniyetmələr,təkər yandırmağa başlayıblar bundan sonra qarşıdurma yaranıb.
Əhalisi təxminən beş min nəfər olan şəhərdə əsasən dindar yəhudilər yaşayır. Onlar polsin davranışından qəzəbləniblər.
Polis onlarla adam saxlayıb. Evlərini tərk etmək istəməyənləri zorla çıxardıblar. Ərazi qapalı hərbi zona elan edilib.
1967-ci il müharibəsindən sonra İordan çayının qərb sahili İsrailin nəzarətindədir. BMT bu əraziləri işğal olunmuş, yəhudi yaşayış məntəqələrini isə qanunsuz hesab edir.