Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 05:32

Günel Mövlud. Qız niyə intihar edib?


Günel Mövlud
Günel Mövlud

- "Nə qədər ki, bir ölkədə paytaxt həyatı ilə bölgələrdəki həyat arasında bu qədər fərq olacaq,

nə qədər ki, əyalətlərdə infrastruktur, əyləncə mərkəzləri olmayacaq,

nə qədər ki, o yerlərə turistlər cəlb edilməyəcək, turizm infrastrukturu yaradılmayacaq, iş yerləri çox olmayacaq,

nə qədər ki, əyalətlərdəki iş adamlarına, kiçik biznesə, sahibkarlığa, fermerliyə yatırımlar, yardımlar olmayacaq, belə faciələr çox olacaq."

Günel Mövlud

ÖZÜNÜ ASAN QIZ

Ali məktəbə qəbul oluna bilməyən nişanlı qız özünü asaraq, intihar edib. Bu xəbəri oxuyanda uzun-uzadı düşündüm.

Səbəbi, şəraiti, münasibətləri, o qızla bağlı bir çox şeyləri təsəvvür etməyə, anlamağa çalışdım.

O yaşda olanda arzularımı, gələcəklə bağlı təsəvvürlərimi xatırladım. Ali məktəbə qəbul oluna bilməsəydim, məni hansı həyat, necə bir hıyat gözləyirdi, düşündüm, təsəvvür etməyə çalışdım.

Əyalətdə doğulursan. Qadınsan. Sənin doğulduğun ölkədə kişi hökmranlığı hökm sürür. Xüsusilə də əyalətdə.

Burda azadlıq kişilər üçündü. Əyləncə kişilər üçündü. Gəzinti kişilər üçündü. Öz taleyi ilə bağlı qərar vermək haqqı (həmişə olmasa da) kişilər üçündü. Hər şey kişi üçündü.

Səni gələcəkdə ancaq bir şey üçün hazırlayırlar. Bir evin qadını olub, mümkün qədər çox uşaq doğmaq.

Sənsə ikinci dərəcəli insan hesab olunursan. Fikir bildirmək haqqın yoxdu.

Qərar vermək haqqın yoxdu. Gəzmək, əylənmək, hətta doyunca gülmək haqqın belə, yoxdu.

Bəyəm azmı olub ki, yenyetməliyimizdə, çöpəgülən vaxtlarımızda ürəkdən güləndə, böyüklərdən “qızsan, agır ol” kimi qaşqabaqlı qınaq eşitmişik?

Səni gələcəkdə ancaq bir şey üçün hazırlayırlar. Bir evin qadını olub, mümkün qədər çox uşaq doğmaq.

Sənin sevgin, sevə bilmə bacarığın, arzuların, fikirlərin heç kimin vecinə də deyil. Sənin daxili dünyan heç kimi maraqlandırmır.

Sən doğulan gündən sənin üçün cehiz almağa, sənin gələcək müstəqil məişətini qurmağa başlayırlar.

Sənə paltar alanda, tərbiyə verəndə, geyiminə, danışığına, kosmetikana, gözəlliyinə-çirkinliyinə fikir verəndə hər an bu sual maraqlandırır hər kəsi:

“Ərə gedə biləcəkmi? Uşaq doğacaqmı? Qaynana-qaynata, ər qulluğunda dura biləcəkmi? Öz evinin işlərini görə biləcəkmi?”

Səninlə bağlı qayğılar toplusu ancaq bundan ibarətdir.

Sənə təlqin olunan uğur, özünütəsdiq modeli ancaq və ancaq ərə getməkdir.

Sən nə qədər az gəzsən, az gülsən, az yesən, az danışsan o qədər yaxşı qız, gələcəyin yaxşı arvadı hesab olunursan.

Sənə uşaqlıqdan doyunca sevinməmək, doyunca gülməmək öyrədirlər. Sənə ağır, qaşqabaqlı, azdanışan olmaq təlqin edilir.

Hər gün hər kəsdən ancaq ərə getməyinlə, hansı evdəsə yaxşı gəlin olacağınla bağlı fikirlər eşidirsən. Sənə təlqin olunan uğur, özünütəsdiq modeli ancaq və ancaq ərə getməkdir.

Sən bütün yeniyetməliyini, gəncliyini “birdən evə qalaram” qorxusu ilə keçiririsən. Bu qorxu sənin kabusuna çevrilir.

Əyalətdə, kasıb, qaraqabaq bir ailəyə gəlin gedirsən.

Allah elməsin, birdən evdə qalsan, sənin heç kimin yanından hörmətin olmayacaq. Sənə bədbəxt, uğursuz qadın kimi baxacaqlar.

Evli bacılarının uşaqlarını böyüdəcək, qardaşlarının evində qulluqçuluq edəcəksən.

Lap oxuyub, işləyib, yaxşı qazansan belə, o qazancı bacı-qardaş uşaqlarına xərcləyəcəksən, azad, sərbəst olmaq istəsən, o azadlığı, sərbəstliyi pulla satın almalı olacaqsan. Bu, ən yaxşı, ən uğurlu haldır.

Başqa heç bir sevincin, fərəhin, əyləncən olmayacaq. Səni bu həyatdan xilas edəcək tək şey isə təhsildir.

Bəs ərə getsən nə olacaq? Əyalətdə, kasıb, qaraqabaq bir ailəyə gəlin gedirsən.

Səni nə gözləyir? Ailəyə qulluq, zəhmət, hər gün hesabat vermək, həyətdə işləmək, uşaq doğmaq, min bir işi birdən görmək.

Tək sevinc, tək əyləncə televizor olacaq, ona da baxmağa vaxtın olmayacaq. Toydan-toya təzə paltar geyinəcək, bəzənəcəksən.

Başqa heç bir sevincin, fərəhin, əyləncən olmayacaq. Səni bu həyatdan xilas edəcək tək şey isə təhsildir.

Bəlkə təhsil sayəsində şəhərdə qalasan, işləyəsən, orda özünə yer eləyəsən, həyatını min bir çətinliklə də olsa, dəyişəsən.

Səni bu həyata aparan tək körpü ali təhsildir. Sənsə imtahandan kəsilirəsən. Ailə artıq səni nişanlayıb.

Bir halda ki, məktəbə qəbul oluna bilmədin, zəhmət çək, ərə get. Orda isə səni nələrin gözlədiyini bilirsən. Ananın, nənənin, bibilərinin, xalalarının, qonşu qadınların həyatından bilirsən bunu.

Uzağa getməyək, qonşu Gürcüstanda Bakurianidə, Borjomidə, Batumidə yaşayan insan həyatının bozluğundan şikayət edə bilərmi?

İşıqları parlayan, gəncləri əylənən paytaxtla, yaşadığın, ömür boyu da yaşayacağın əyalətin həyatındakı təzadla barışa bilmirsən.

Bircə yol qalır, ömür boyu əzab çəkməmək üçün intihar...

Nə qədər ki, bir ölkədə paytaxt həyatı ilə bölgələrdəki həyat arasında bu qədər fərq olacaq, nə qədər ki, əyalətlərdə infrastruktur, əyləncə mərkəzləri olmayacaq, nə qədər ki, o yerlərə turistlər cəlb edilməyəcək, turizm infrastrukturu yaradılmayacaq, iş yerləri çox olmayacaq, nə qədər ki, əyalətlərdəki iş adamlarına, kiçik biznesə, sahibkarlığa, fermerliyə yatırımlar, yardımlar olmayacaq, belə faciələr çox olacaq.

Uzağa getməyək, qonşu Gürcüstanda Bakurianidə, Borjomidə, Batumidə yaşayan insan həyatının bozluğundan şikayət edə bilərmi?

Turist gəlir, pul xərcləyir, şəhərlərin infrastrukturu var, əylənmək üçün yerləri var, millət özü şən, yeyib-içən, əylənməyi sevən bir millətdir.

Əlbəttə, orda da problemlər var. Orda da kasıbçılıq var. Orda da gənclik özünə iş tapa bilmir.

Azərbaycan əyaləti isə öz qadınlarını doğuluşdan bədbəxtçiliyə, qaramata, ağır həyata hazırlayır.

Amma orda hər şey – din, mentalitet, ənənələr bu qədər çevrilməyib gəncliyə, xüsusilə də qadınlara qarşı.

Azərbaycan əyaləti isə öz qadınlarını doğuluşdan bədbəxtçiliyə, qaramata, ağır həyata hazırlayır.

Bu qızlar, bu qadınlar dünyaya artıq bədbəxt gəlirlər. Aralarından tək-tükünü təhsil və bacarıq xilas edir, xilas ola bilməyənləri isə ömürlük bozluqda keçən bir ömür gözləyir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG