Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 13:31

Instagram Android üçün yenilənir


Instagram

-

Populyar «Instagram» foto paylaşım şəbəkəsi Android üçün yenilənir.

Yeni 7.3 versiyası hələlik beta variantındadır.

Yeni versiyada dizayn və istifadəçi interfeysində dəyişikliklər var. Bu dəyişikliklər «Instagram»ı daha sadə və işlək hala gətirəcək.

Yeni fotoredaktə bölməsində bir çox funksiya bir səhifədə cəmləşib. Redaktə, yer və istifadəçini işarələmə, başlıq yazma artıq bir addımla, növbəti səhifələrə keçmədən mümkün olacaq. İstifadəçilər sadəcə ekranı sürüşdürməklə filteri seçə biləcəklər.

Əvvəl isə istifadəçi birinci filteri, sonra müxtəlif redaktə alətlərini seçib, «növbəti» oxunu basmaqla yeni addımda başlığı yazıb, yeri, istifadəçini işarələyə bilirdi.

Yeni versiyanın qısa zamanda tam istifadəyə veriləcəyi gözlənilir.

XS
SM
MD
LG