Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:38

Qazaxıstan Ümumdünya Ticarət Təşkilatına daxil oldu


Roberto Azevedo və Nursultan Nazarbaev
Roberto Azevedo və Nursultan Nazarbaev

Qazaxıstan təxminən 20 illik danışıqlardan sonra Ümumdünya Ticarət Təşkilatına daxil olub.

İyulun 27-də təşkilatın Cenevrədə keçirilən rəsmi qəbul tədbirində ölkə prezidenti Nursultan Nazarbayev iştirak edib.

Qazaxıstan xarici investorları cəlb etmək üçün idxal tariflərini azaltmaq və bu istiqamətdə növbəti addımlar atmaq razılığına gəlib.

Amma ölkədə sənaye və kənd təsərrü məhsullarının istehsalı hələ də aşağı səviyyədədir və ölkə əsasən neftdən gələn gəlirə arxalanır.

Ekspertlər hesab edir ki, yerli firmalar bundan sonra xarici malların artmasına görə, mübarizə aparmalı olacaqlar.

Qazaxıstan 1996-cı ildən Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar aparırdı.Ölkənin Rusiyanın rəhbərlik etdiyi Avrasiya təşkilatına qoşulması danışıqları əngəlləyirdi.

Rəsmi imza mərasimi və ratifikasiyadan sonra Qazaxıstan təşkilatın 162-ci üzvü olacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG