Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 08:51

Hicabla bağlı mübahisə məhkəmədə araşdırılası oldu


Noyabrın 17-də Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzi (DEVAMM) 16 tələbə qızın baş örtüyü ilə dərsə gəlməsinə qadağa qoyduğuna görə, Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanovu məhkəməyə verib. DEVAMM-ın rəhbəri İlqar İbrahimoğlu «Azadlıq» radiosuna bildirib ki, rektoru tələbələrin vicdan azadlığını və təhsil hüquqlarını məhdudlaşdırdığı üçün məhkəməyə veriblər.


Cənab İbrahimoğlu onu da deyir ki, noyabrın 20-də rəhbərlik etdiyi mərkəz SDU-da sonuncu monitorinq keçirəcək. Əgər tələbələrin hüquqları bərpa olunarsa, onlar iddianı geri götürə bilərlər.


Sumqayıt Dövlət Universitetinin 16 tələbəsinin başıbağlı dərsə gəlməsinə universitet rəhbərliyi keçən həftə qadağa qoymuşdu. Bundan sonra tələbələr hüquqlarının pozulmasıyla bağlı DEVAMM-a müraciət etmişdilər.


Sumqayıtda keçən il də bu cür hadisə baş vermişdi. «İstedad» litseyinin müəlliməsi Şəhla Əliyeva məktəbə hicabla gəldiyi üçün məktəb direktoru onu işdən azad etmişdi. Məhkəmə isə müəllimənin işə bərpa olunması haqqında qərar çıxarmışdı.


XS
SM
MD
LG