Keçid linkləri

2026, 06 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:28

ADP seçkilərdə iştirakla bağlı qərar verdi

Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu

-

Azərbaycan Demokrat Partiyası parlament seçkilərində iştirak barədə qərar verib.

Partiya sədri Sərdar Cəlaloğlu Trend-ə bildirib ki, bu barədə qərar İdarə Heyətinin iclasında qəbul edilib.

ADP seçkilərdə «Qarabağ» blokunun tərkibində iştirak edəcək.

S.Cəlaloğlu bu barədə qərarın yaxın günlərdə blokda müzakirəyə çıxarılacağını söyləyib.

Müsavat Partiyası ilə seçkilərdə əməkdaşlıq məsələsinə gəlincə isə, partiya sədri bildirib ki, bununla bağlı müzakirə aparılmır: «Onlar artıq qapıları bağlayıblar və belə hesab edirlər ki, təklikdə getməlidirlər».

This item is part of
XS
SM
MD
LG