Keçid linkləri

2024, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 16:23

Naxçıvana noutbuk aparmaq olar - AzAL


AzAL
AzAL

-

Azərbaycan Hava Yolları QSC (AzAL) mətbuatda Naxçıvan Muxtar Respublikasına noutbuk buraxılmaması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumatda deyilir ki, noutbukların daşınmasına qadağa qoyulmayıb.

AzAL-dan bildiriblər ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olaraq, aviasiya təhlükəsizliyi nəzarətindən keçərkən elektron cihazlar, o cümlədən noutbuk əl yükündən çıxarılmalı və ayrıca olaraq skaner üzərinə qoyulmalıdır. Həmçinin təhlükəsizlik məqsədilə elektron cihazlar işə salınmalıdır.

virtualaz.org iyulun 26-da yazıb ki, AzAL öz sərnişinlərinə Naxçıvana noutbuk aparmağı qadağan edib. Bu haqda sayta oğlunu Naxçıvana yola salan Bakı şəhər sakini Müşfiq Mədətov bildirib. Onun dediyinə görə, qeydiyyatdan keçən sərnişinlər öz noutbuklarını aeroportda qoyub getmək tələbi ilə üzləşiblər. Mədətov AzAL əməkdaşlarına istinadla bu qadağanın şirkətin prezidenti Cahangir Əsgərovun şəxsi əmri ilə qoyulduğunu bildirir.

XS
SM
MD
LG