Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:50

Noyabrın 17-dən hava kəskin soyuyur


Bakı meriyasından deyirlər ki, şəhər təsərrüfatı güclü yağışlara hazırdır
Bakı meriyasından deyirlər ki, şəhər təsərrüfatı güclü yağışlara hazırdır

Noyabrın 17-dən başlayaraq Bakıda və Abşeron yarımadasında şimal küləyi güclənib. Havanın temperaturu 6 dərəcəyə qədər enib. İndi Bakıda 8-9 dərəcə isti var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometroloji Proqnozlar Bürosundan «Azadlıq» radiosuna bildiriblər ki, havanın soyuması noyabr ayının ikinci ongünlüyünün sonuna qədər davam edəcək. Dağlıq və dağətəyi rayonlarda qar yağacaq, gecələr isə şaxtalı havalar gözlənir. Bakıda və Abşeron yarımadasında isə yağış gözlənir. Dağıq rayonlarda isə yağış intensiv olacaq və leysana keçəcək.


Bakı Şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı şöbəsinin rəisi Xalid Ələkbərov «Azadlıq» radiosuna bildirib ki, xəbərdarlıqla bağlı məlumatı alıblar. Cənab Ələkbərovun sözlərinə görə, güclü yağıntı olan zaman leysan suları şəhərin mərkəzi hissəsinə toplandığından onlar diqqəti bu ərazidəki kanalizasiya xətlərinin sazlığına yönəldirlər. Şöbə rəisi hesab edir ki, şəhər təsərrüfatı güclü yağışlara hazırdır.


XS
SM
MD
LG