Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:41

Hərbçilərin döyüş hazırlığı yoxlanılıb


Azerbaijan BUK2
Azerbaijan BUK2

-

İyunun 26-da müdafiə naziri Zakir Həsənovun əmri ilə Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri qəfil həyacan siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilib. Onların döyüşə hazırlığı yoxlanılıb.

Müdafiə Nazirliyinin məlumatına görə, təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfin hərbi texnikasını məhv etmək üçün nəzərdə tutlan “Buk-MB” tipli zenit-raketlərin istifadəsi də yoxlanılıb. "Buk-MB" düşmənin təyyarə, helikopter, PUA, o cümlədən onun silahlanmasında olan və perspektivdə ola biləcək raketlərinin məhvi edir.

Məlumatda deyilir ki, tapşırığın yerinə yetirilməsi zamanı şərti düşmənin hava hədəfləri imitatorları aşkarlanaraq izlənməyə götürülüb. Praktiki raket atışları ilə dərhal məhv edilib.

XS
SM
MD
LG