Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:55

Zakir Həsənov ölən hərbçini təltif etdi


Foto illüstrasiya
Foto illüstrasiya

-

Müdafiə naziri Zakir Həsənov Gədəbəydə gedən döyüşdə həlak olan əsgər Eldar Fətəliyevi «Hərbi xidmətdə fərqlənməyə görə» III dərəcəli medalı ilə təltif edib.

Əsgər iyulun 25-də Gədəbəyin Novo-İvanovka kəndində torpağa tapşırılıb.

Nazirliyin məlumatında deyilir ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 24-ü gün ərzində və gecə vaxtı Goranboy, Tərtər, Ağdam, Füzuli, Gədəbəy rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutub, aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstəriblər. Bu zaman Azərbaycan tərəfdən bir, qarşı tərəfdən 5 hərbçinin öldüyü bildirilir.

XS
SM
MD
LG