Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 05:36

Baş nazir miqrantlarda terrorçu görür


Viktor Orban

-

Macarıstanın baş naziri Viktor Orbán deyib ki, Avropaya qanunsuz miqrant axının çoxalması ilə terror təhlükəsinin artması arasında birbaşa əlaqə var.

Rumıniyanın Bayle şəhərində keçirilən mədəni festivalda çıxış edən Orbán bununla mühafizəkar hökumətinin anti-mühacirət siyasətinə bəraət qazandırmış olub.

O, nəhəng mühacir kütləsi arasında terrorçuları müəyyənləşdirməyin mümkün olmadığını bildirib.

Baş nazir Avropa Birliyini öz vətəndaşlarını qanunsuz mühacir axınından qoruya bilməməkdə ittiham edib. Onun fikrincə, bu, Avropa ölkələrinin mədəni kimliyinə təhlükə törədir və işsizliklə cinayətkarlığın artmasına gətirir.

Macarıstan qanunsuz mühacir axınını önləmək üçün Serbiya ilə sərhəddə divar tikdirir. Macarıstan hakimiyyətinin bu əməli Serbiya və BMT-nin qaçqınlarla iş üzrə qurumu tərəfindən tənqid edilib.

Bu il Macarıstana 90 minədək mühacir gəlib ki, bu da əvvəlki illərlə müqayisədə çoxdur. Onların əksəriyyəti onlara sığınacaq verilməsini xahiş edir və Avropa Birliyinin başqa ölkələrinə yollanırlar.

XS
SM
MD
LG