Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:19

Şimşək çaxacaq, yağış yağacaq


Foto illüstrasiya
Foto illüstrasiya

-

İyulun 26-da Bakıda cənub, bəzi rayonlarda isə arabir güclənən şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Gündüz mülayim cənub küləyi əsəcək.

Gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacaq, yağış yağacaq. Bəzi rayonlarda arabir güclənən şərq küləyi əsəcək.

Gecə 20-25, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

XS
SM
MD
LG