-
Yunanıstan ölkəyə maliyyə yardımı ilə bağlı danışıqlar sürdüyü müddətdə Beynəlxalq Valyuta Fondundan əlavə kredit ayırmasını xahiş edib.
Bununla bağlı məktub iyulun 24-də Afinada yunan hökuməti ilə kreditorlar – Avropa Birliyi, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu arasında danışıqlar zamanı BVF rəhbəri Christine Lagarde-a təqdim olunub.
Danışıq iştirakçıları avqustun 18-də Yunanıstana maliyyə yardımı ilə bağlı sənəd imzalamağı düşünürlər.
İyulun 17-də Avropa Birliyi ölkələri Yunanıstana 3 il müddətinə 86 milyard dollar kredit verilməsi yönündə ilkin razılığa gəliblər.