Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:39

Dilçilik İnstitutunun direktoru istefa verdi


Tofiq Hacıyev
Tofiq Hacıyev

-

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev tutduğu vəzifədən istefa verib.

İnstitutun elmi katibi Aynel Məşədiyeva apa-ya bildirib ki, T.Hacıyev istefa ərizəsi iyulun 24-də Akademiyanın prezidenti Akif Əlizadə tərəfindən qəbul olunub.

T.Hacıyevin yerinə Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, professor Möhsün Nağısoylu təyin edilib.

A.Məşədiyeva onu da əlavə edib ki, istefaya səbəb T.Hacıyev ilə keçmiş direktor müavini Məhəbbət Mirzəliyeva arasındakı qarşıdurma olub.

XS
SM
MD
LG