Keçid linkləri

Təcili xəbərlər
2020, 06 Dekabr, bazar, Bakı vaxtı 05:44

Nazirlik cəbhədəki döyüşlər haqda məlumat verdi


Foto illüstrasiya

-

Müdafiə Nazirliyi cəbhə xəttində gedən döyüşlər haqda məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan Silahlı Qüvvələri iyulun 24-ü gün ərzində və gecə vaxtı cəbhənin Goranboy, Tərtər, Ağdam, Füzuli rayonları istiqamətində, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədinin Gədəbəy rayonu sahəsində Azərbaycan mövqelərini intensiv atəşə tutublar. Bununla da «aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstəriblər».

Xəbərdə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Eldar Fətəliyevin həlak olduğu, qarşı tərəfin də itki verdiyi, azı beş nəfərin öldürüldüyü bildirilir.

Yerli KİV-lər iyulun 24-də və iyulun 25-də gecə saatlarında Gədəbəydə intensiv döyüşlərin getməsi haqda məlumat yaymışdı.

XS
SM
MD
LG