Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:48

Oqtay Əsədov Tbilisiyə gedir


Oqtay Əsədov
Oqtay Əsədov

-

Milli Məclisin sədri Oqtay Əsədov 13-cü Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində iştirak etmək üçün iyulun 26-da Gürcüstan paytaxtına yola düşəcək.

Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində O.Əsədov tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin başçıları ilə görüşəcək.

Parlament sədrinin Atletlər Kəndində Olimpiya Festivalında iştirak edən Azərbaycan idmançıları ilə görüşəcəyi də planlaşdırılıb.

Səfər iyulun 27-də başa çatacaq.

XS
SM
MD
LG