Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:50

Aclıq aksiyası davam edir


Bakı şəhəri Xəqani küçəsi-33-də yerləşən «Azadlıq» qəzeti, «Turan» İnformasiya Agentliyi, Xalq Cəbhəsi Partiyası və başqa qurumların binadan çıxarılmasına etiraz olaraq jurnalistlərin aclıq aksiyası bir həftədir davam edir.


Müddətsiz aclıq edən «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidovun səhhətində problemlər olsa da, o, aksiyanı dayandırmaq niyyətində olmadığını deyir.


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) məhkəməyə müraciət edərək, icarə haqqını ödəmədiyi üçün «Azadlıq» qəzetinin binadan çıxarılmasını istəyir. Bunu siyasi təzyiq kimi qiymətləndirən nəşrsə, binanın onlara Bakı Şəhər İcra Hakimiyyətinin göstərişilə əvəzsiz verildiyini deyir.


Noyabrın 16-da isə DƏİEDK həmin binada yerləşən qurumlara yer təklif edib. Amma onlar bu təkliflə razılaşmayıblar.


Qənimət Zahidovdan başqa, aksiyada «RUH» Jurnalistləri Müdafiə Komitəsinin sədri Hüquq Salmanov, «Hüriyyət» qəzetinin keçmiş təsisçisi Vüqar Məmmədov, İqtisadi İnnovasiyalar Mərkəzinin direktoru Məhəmməd Talıblı, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı və «Azadlıq» qəzetinin əməkdaşı Elşən Şirinov da iştirak edirlər.


XS
SM
MD
LG