Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:50

Azərbaycanın qadınlardan ibarət futbol yığması Avropa çempionatında


Azərbaycanlı xanımlar debüt matçını noyabrın 18-də meydan sahibi rumınlara qarşı keçirəcək
Azərbaycanlı xanımlar debüt matçını noyabrın 18-də meydan sahibi rumınlara qarşı keçirəcək

Azərbaycanın qadınlardan ibarət futbol yığması tarixində ilk dəfə Avropa çempionatının seçmə turnirinə qatılmaq üçün Rumıniyaya yollanıb. Əsas mərhələyə vəsiqə verən 5 yer uğrunda mübarizə aparacaq 20 komandadan biri olan Azərbaycan yığması, seçmə turnir ərəfəsində yoldaşlıq görüşü keçirməyə imkan tapmayıb. Daha doğrusu, yığmanın noyabrın 7-10-da Türkiyədə toplanış keçməsi nəzərdə tutulsa da, AFFA rəhbərliyi viza problemlərini vaxtında həll edə bilmədiyinə görə səfər reallaşmayıb.


Ötən ay komandanın «sükanı arxasına» keçən Şamil Heydərov artıq seçmə turnirə qatılacaq 18 onuncunun adını da açıqlayıb. Maraqlıdır ki, AFFA rəhbərliyi tarixində heç bir oyuna da çıxmayan komandanın qarşısına ilk mərhələni adlamaq vəzifəsi qoyub. Yığmanın rəisi Telman Abdullayevin fikrincə, bu vəzifənin öhdəsindən gəlmək olar: «Komandanın hazırlığı dövründə hansısa vəzifədən söhbət getməmişdi. Dünən isə mərhələ keçmək vəzifəsini qarşımıza qoydular. Məncə, buna gücümüz çatar. Rəqiblər haqda olan bilgilərimiz belə düşünməyə əsas verir».


Söz rəqiblərdən düşmüşkən, azərbaycanlı xanımlar Rumıniya, Bolqarıstan və Estoniya futbolçuları ilə qarşılaşacaq. Yığma debüt matçını noyabrın 18-də meydan sahibi rumınlara qarşı keçirəcək. Noyabrın 20-də Azərbaycan komandasının rəqibi estonlar, 23-də isə bolqarlar olacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG