Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:33

Rusiyada Bulqakovun məşhur əsərinə qadağa


Mikhail Bulgakov
Mikhail Bulgakov

-

Rusiyanın Chelyabinsk vilayətində - Zlatoust şəhərinin prokurorluğu rus ədəbiyyatının klassiki Mixail Bulqakovun “İt ürəyi” əsərini uşaq düşərgələrinin kitabxanalarından yığışdırmaq barədə qərar verib.

Qərara görə, “İt ürəyi” uşaqların psixikasına pis təsir göstərir və uşaqlar bu kitabı 12 yaşından sonra oxuya bilərlər.

Uşaq kitabxanalarından yığışdırılan kitablar arasında “1001 gecə” də var - bu kitabı yalnız 16 yaşa çatanların oxumasına icazə verilir.

Prokurorluq düşərgədə yoxlamalara iki yeniyetmənin davasından başlayıb.

Yeniyetmələrdən biri o birinin başını daşla yarıb.

Yoxlama aparanlar bu qərara gəliblər ki, bunun səbəbi həm də yeniyetmələrin yaşlarına uyğun olmayan kitabları oxumasıdır.

XS
SM
MD
LG