Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Mart, Cümə, Bakı vaxtı 00:26

İlham Əliyev yeni universitet yaradır


İlham Əliyev

-

Prezident İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarını ləğv edib.

Eyni zamanda başqa bir sərəncamla Mingəçevir Dövlət Universitetini təsis edib.​

Universitet Mingəçevir Politexnik İnstitutunun bazasında yaradılacaq.

Və "ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlayacaq".

Müəllimlər İnstitutunun ləğv edilmiş Mingəçevir filialının maddi-texniki bazası iki ay müddətində Mingəçevir Dövlət Universitetinin balansına veriləcək.​

Təhsilə aid başqa bir sərəncamla isə İlham Əliyev Çingiz Mansur oğlu Əliyevi Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edib.

XS
SM
MD
LG