Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:54

1500 heyvanda brusellyoz aşkarlanıb


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Bu ilin 6 ayı ərzində respublikada 926 baş iribuynuzlu və 605 baş xırdabuynuzlu heyvanlarda brusellyoz xəstəliyi aşkarlanıb. Xəstə heyvanlar 15 gün ərzində təsərrüfatdan çıxarılıb və zərərsizləşdirilib».

Bunu apa-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Yolçu Xanvəli deyib.

Y.Xanvəli qeyd edib ki, brusellyoz xəstəliyinin ildən-ilə azalması müşahidə olunur:

«6-7 il əvvəl ölkədə 700-800 nəfər bu xəstəliyə yoluxurdusa, 3-4 ildir ki, 200-220 nəfər brusellyoza yoluxur. İnsanlar brusellyoza əsasən çiy süd və pendirdən yoluxurlar».

XS
SM
MD
LG